| Xəbər 2892 dəfə oxunub
Mingəçevir sakini döyülərək ağır xəsarət alıb

Mingəçevirdə döyülmə hadisəsi baş verib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, "İncilli" yaşayış massivində qeydə alınıb.

1991-ci il təvəllüdlü Həsənli Rəsul Həsən oğlu naməlum şəraitdə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin qız üstündə yaranmış mübahisə səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.