| Xəbər 3210 dəfə oxunub
Klublarında ən çox mövsüm keçirmiş futbolçuların siyahısı açıqlanıb

“Yuventus”un qapıçısı Canluici Buffon TOP-5 ölkələrin çempionatlarında hazırkı klubunda ən çox mövsüm keçirmiş oyunçudur.

Apasport.az saytının məlumatına görə, bu barədə CİES Futbol Araşdırmalar Mərkəzi açıqlama yayıb.

Cari mövsüm 40 yaşlı qapıçı üçün “Yuventus”da 17-cidir. İkinci pillədə 39 yaşlı müdafiəçi Sercio Pelissie qərarlaşıb. O, 16.5 mövsümdür ki, “Kyevo”nun formasını geyinir.

Ən “vəfalı” futbolçuların ilk “5-liy”i aşağıdakı kimidir.

 

1. Canluici Buffon – “Yuventus” – 17 mövsüm

 

2. Sercio Pelissie – “Kyevo” – 16.5

 

3. Daniele De Rossi – “Roma” – 15.5

 

4. Roman Vaydenfeller – “Borussiya D.” – 15

 

5. Andres İnyesta – “Barselona” – 15