|
Kral ailəsi deyib qibtə etməyin -

Dünya mediası İngiltərə kral ailəsi ilə bağlı yazmağı hər zaman sevir. Şahzadənin jestlərindən tutmuş Keyt Middletonun ətəyinin küləkdə göyə qalxması kimi. Bunların hamısı medianın günlərlə müzakirə etdiyi mövzulardandır. “Yeni Müsavat” Türkiyə mediasına istinadən İngiltərə kral ailəsi ilə bağlı ilginc qaydalar barədə yazır.

Öncə ondan başlayaq ki, kral ailəsinin qadınları obyektivlərə poz verərkən çənələrini yerə paralel olaraq tutmaq məcburiyyətindədilər. Bundan başqa, kral ailəsinin qadınları axşam üstü, saat 18.00-ə qədər qatıldıqları bəzi tədbirlərə şapka qoymaq məcburiyyətindədilər.  O saatdan sonra isə mütləq tacdan istifadə etmələri lazımdır. Qadınların tacları başlarına uyğun bir şəkildə yerləşdirməsi belə öncədən hesablanmalıdır. Bir də, əlbəttə ki, tac hər kəsin yox, sadəcə, evli qadınların haqqıdır.

Bir kral ailəsinin üzvü hər hansı bir rəsmi səfərə gedirsə, mütləq yanında bir cənazə geyimi də daşıyır. Bunun səbəbi də getdiyi yerdə meydana gələ biləcək hər hansı bir ani ölüm və cənazə mərasiminə qatılmaq məcburiyyətinin ortaya çıxmasıdır.

Kral ailəsinin kişiləri ancaq başlarını əyərək hörmət əlaməti nümayiş etdirirlərsə, qadınlarda müəyyən bir bucaq altında dizlərini qıraraq reverans etməsi lazımdır.

Əlbəttə ki, kimin kimə reverans edəcəyi də bəllidir. Məsələn, Keyt Middleton kraliçaya reverans etmək məcburiyyətindədir. Amma kraliçanın ortancıl oğlunun iki qızı şahzadə Eugenie və Şahzadə Beatricin hər zaman belə bir məcburiyyəti yoxdur.

Kiçik şahzadənin geyimi dərzi əlindən çıxmalıdır - sərt qayda

Keyt Middletonun xüsusilə kraliça ilə birlikdə olduğu tədbirlərdə nəyə görə daha az diqqət cəlb edən rənglər seçdiyini heç düşündünüzmü?

Çünki bu da bir qaydadır. Kraliça heç zaman parlaq və diqqət çəkici rənglərdə geyinməməlidir. Çünki onun qələbəlik içində hər kəsdən ayırd edilə biləcək görünməsi lazımdır.

Kral ailəsinin qadınları cəmiyyət içində oturanda da müəyyən qaydalara riayət etməyə məcburdurlar. Üstəlik, bu qaydaları istədiyiniz vaxt öz xeyirlərinə dəyişmək imkanları da yoxdur. Kral ailəsinin qadınları ayaqlarını, ya ayaq biləyindən, ya da dizdən bir-birinə bitişdirib çaprazlayaraq oturmağa məcburdurlar.

Keçmişdə Keyt Middletonun qatıldığı rəsmi səfərlərdə geyimlərinə görə başına gələnləri hər kəs xatırlayır. ...Diz üstündəki bol ətəkləri havalandı. Düşes bir Hollivud ulduzu kimi maqazin jurnallarında göründü. Məhz bunun qarşısını almaq üçün də kraliça bəzi tədbirlər gördü... Çünki kral ailəsi üzvlərinin xüsusən də rəsmi səfərlərdə mühafizəkar geyimlər geyinməsi lazımdır. Hər nə qədər ailə üzvlərinin gündəlik geyimlər geyinməsi çox xoş qarşılanmasa da, gənc nəsil üzvləri bu qaydanı zaman-zaman pozurlar.

Bütün dünya onu Keyt Middleton olaraq bilsə də, əslində gəlin getdiyi ailədəki adı Ketrindir.

Kiçik şahzadə Corcun və bacısı şahzadə Şarlottanın rəsmi səfər və tədbirlərdə niyə əl salladığını bilirsiniz? Bu, şirinlik və sevimlilik olsun deyə deyil. Kral ailəsi uşaqlarının daha kiçik yaşlardan etibarən mədəni şəkildə danışması və ətrafdakılarla eyni formada əlaqə qurması lazımdır.

Kral ailəsi üzvlərinin bir neçə dildə yaxşı danışması lazımdır. Məsələn, şahzadə Corc daha bu yaşında ispan dilində öyrənməyə başlayıb. Bilindiyi kimi, onun dayəsi də bir ispandır.

Hər nə qədər uşaq olsa da, şahzadə Corcun belə riayət etməli olduğu geyim-gecim qaydaları var. Kiçik şahzadə mütləq dərzi əlindən çıxmış şortiklər geyinir. Bunun üçün mövsümün heç bir əhəmiyyəti yoxdur. Müəyyən bir yaşa qədər də onu şalvarla görə bilməyəcəyik.

İki varis eyni təyyarəyə minə bilməz

Taxtın iki varisi əsla eyni təyyarə ilə səyahət edə bilmir. Şahzadə Corc da 12 yaşına gəldiyi andan etibarən atasının mindiyi təyyarə ilə səyahət edə bilməyəcək.  Hətta eyni yerə getsələr belə, o, ayrı təyyarəyə minməyə məcbur olacaq. Bunun səbəbi də hər hansı bir qəza zamanı ailənin iki üzvünün birdən dünyasını dəyişməsinin qarşısını almaqdır.

Əslinə qalsa, kral ailəsi üzvlərinin ər-arvad olsalar da, cəmiyyət içində bir-birlərinə təmas etmələri, qucaqlaşmaları doğru deyil.  Amma Keyt Middleton və Vilyam zaman-zaman bu qaydanı da bir kənara qoya bilir.

Bir dönəm Keyt Middletonun rəsmi ziyarətlər zamanı yubkasının açılması böyük hadisə olmuşdu. Ona görə də ailənin üzvü olan qadınlar bunların qarşısını almaq üçün pərdə ağırlıqlarından istifadə edirlər.

Bəzən geyindikləri “riskli” geyimlərin yubka hissəsinə bu ağırlıqlar görünməz şəkildə tikilir və beləcə küləkdə başlarına gələ biləcək, arzuedilməz görüntülərin qarşısı alınır.

Kral ailəsinə mənsub qadınların tünd rəngdə dırnaq lakın sürtməsi qadağandır. Amma çok açıq rəng, ya da dəri rəngində lak, ya da dırnaq cilasından istifadə edə bilirlər. Tünd rəngli laklar və taxma dırnaqlar xoş qarşılanmır.

Kraliçanın irəliləyən yaşına baxmayaraq, nəyə görə ailənin gənc nəsil üzvlərindən belə daha rəngli geyindiyini bilirsizmi? Bu rəngarəng geyim tərzi kraliçanın qələbəlik içində çox daha asan fərq edilməsini təmin edir. Bu həm “fərq edilə bilmək”, həm də təhlükəsizlik baxımdan son dərəcə önəmli bir qaydadır.

Bir kral ailəsinə əsla və əsla toxuna bilməzsiniz. Amma LeBron Ceyms bunu bilmədiyi üçün Keyt Middletonun çiyninə əlini qoymuşdu.

Bundan başqa, qadınlar rəsmi tədbirlərdə mütləq geyimlərinə uyğun şlyapalar taxmaq zorundadırlar. Ailə üzvləri qəhvə və ya çay içərkən də müəyyən qaydalara riayət etməyə məcburdular. Xüsusən də çay stəkanını tutarkən. Riayət edilməli olan qayda belədir: Stəkanın qulpundan baş və işarət barmaqları ilə tutmaq və orta barmaq da stəkanı altdan dəstəkləmək üçün istifadə etmək lazımdır.

Kral çütlüyü əl-ələ tuta bilməz, kral ailəsi kürk geyinə bilməz...

Digər qaydalar da var ki, onlar insanı sadəcə dəhşətə gətirir. Belə ki, kral ailəsinin üzvləri qaradərililərlə salamlaşa, onlara toxuna bilməzlər. Siyasi görüş istisna olmaqla bu qərar birmənalıdır. Hətta qaradərili müğənni və incəsənət xadimləri belə London qəsrinə buraxılmır.

Kral ailəsi üzvü olan şahzadə Roman-katoliklərlə nikaha girə bilməz. Krallıq ənənəsinə görə, bu inanc sahibləri katolikliyə murdarlıq gətirib. 2011-ci ildə bu yasaq rəsmi olaraq qaldırılsa da, hələ ki, bu “sindromu” qırmağa heç kim tələsmir.

Kraliça yeməyi bitirdikdən sonra heç kim yeməyinə davam edə bilməz. Ədəbsizlik sayılır.

“Olmaz”ların siyahısı bitib tükənmir. Sıralamağa davam edək. Kral ailəsindən heç kim kürk geyinə bilməz. Onlar London qəsrində stolüstü masa oyunları oynaya bilməzlər. Qəsrdən kənarda isə oynamaq mümkündür. Ailədaxili xüsusi günlərdə kimə hansı hədiyyənin alınacağına kraliça qərar verir. Qəsr daxilində dəniz məhsullarından istifadə qadağası var. Ailə üzvləri eyni zamanda seçkilərdə səs vermək səlahiyyətlərindən istifadə etmirlər. Skandalları izləyib, iqtidar partiyası ilə problemləri yoluna qoymağı daha üstün tuturlar.

0x0-ingiliz-kraliyet-ailesinin-uymak-zorunda-oldugu-tuhaf-kurallar-1523601045237.jpg (65 KB)

Siz kraliçaya arxanızı çevirə bilməzsiniz. Bir qayda olaraq, danışıq bitdikdən sonra, birinci kraliça çıxıb gedir. Kraliça yerindən qalxdığı zaman, mərasimdəki hər kəs ayağa durmalıdır. Kral ailəsinə seçkilərdə iştirak etməyə və siyasət haqqında açıq danışmağa icazə verilmir.

Hər kral toyunda mütləq çoxlu uşaq olmalıdır. Kraliçanın həyat yoldaşı mütləq ondan 2 addım arxada gəlməlidir. .2011-ci ilə qədər kral ailəsinin üzvləri yalnız katolik etiqadına inanan insanla nikaha girə bilərdi. Hazırda bu qayda keçərli deyil. Kral ailəsində uşaq doğulan kimi, ona xüsusi kral jestlərini və zadəgan intonasiyalarını öyrədirlər. Kral cütlüyünə əl-ələ tutmağa icazə verilmir. Yalnız şahzadə həyat yoldaşının qoluna girə bilər.

Kral ailəsi də olsa, qalmaqallardan qaça bilmirlər

Keçək ailə ilə bağlı zaman-zaman ortaya çıxan qalmaqallara. Bir neçə il öncə İngiltərədə kral ailəsi və bəzi məşhur şəxslərə xidmət edən estetik klinikanın müştərilərinin məlumatları oğurlanıb. Oğurlanan materiallar arasında kral ailəsi üzvləri və digər tanınmış şəxslərin naməhrəm fotolarının olduğu da iddia olunur. LBPS adlı klinikaya özlərini “The Dark Overload” adlandıran haker qrupu kiber hücum edib.

LBPS klinikası kiber hücumun olduğunu, bəzi informasiyaların oğurlandığını təsdiq edib, lakin oğurlanan materiallarla bağlı əlavə açıqlama verməyib.

“The Dark Overload” qrupu isə Daily Beast xəbər portalına bildirib ki, LBSP klinikasında bəzi məşhurların müalicə əsnasında çəkdirdikləri fotoşəkilləri əldə edib.

Daily Beast isə iddia edir ki, söhbət məşhur şəxslərin müalicəsi əsnasında çəkilən fotoları ilə yanaşı, onların əziyyət çəkdiyi xəstəliklər haqqında informasiyalardan gedir.

Xəbərə görə, artıq London polisi məsələ ilə bağlı ciddi araşdırma aparır.

Qeyd edək ki “The Dark Overload” buna qədər ABŞ-ın məşhur media şirkəti olan Netflix-ə kiber hücum edib. Məhz bu qrup tərəfindən əldə edilən informasiyadan sonra məşhur ingilis model Katie Pricenin üz əməliyyatının görüntüləri və digər fotoları ictimai mediada tirajlanıb.

2016-ci ildə isə  Britaniya kral ailəsinin üzvləri Uels şahzadəsi Uilyam, xanımı Kembric hersoqinyası Keyt Middleton və  Uilyamın qardaşı şahzadə Harri Fransanın Amyen şəhərindəki beşulduzlu oteldən soyuq münasibət görüblər.

0x0-ingiliz-kraliyet-ailesinin-uymak-zorunda-oldugu-tuhaf-kurallar-1523601041265.jpg (93 KB)

Britaniya taxt-tacının varisi xanımı ilə birlikdə Somme döyüşünün 100 illiyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdə iştirak etmək qərarına gəliblər. Birinci Dünya müharibəsinin ən böyük döyüşlərindən olan Somme döyüşü 1 iyul - 18 noyabr 1916-cı il tarixlərində baş verib.

Ancaq şahzadə və xanımı vilayətdəki yeganə beşulduzlu otel olan Le Hotel Marotte-da yerləşə bilməyiblər. Otelin meneceri deyib ki, hələ yaydan Fransanın Xarici İşlər Nazirliyi onunla əlaqə saxlayaraq Britaniya kral ailəsinin üzvləri üçün dörd lüks nömrə (gecəsi 350 funt) saxlamağı xahiş edib.

Ancaq o, bunu etməkdən imtina edib, çünki həmin vaxt üçün otel tamamilə dolu imiş və o, kral ailəsinin üzvləri üçün olsa belə digər müştəriləri oteldən çıxarmağı qeyri-etik hesab edib.

“Biz neçə ay əvvəldən nömrə saxlatdırmış və pullarını ödəmiş qonaqlarımıza elan edə bilmərik ki, ”bağışlayın, bizə kral ailəsi qonaq gəlir, biz sizin sifarişinizi ləğv edirik",- deyə o bildirib.

Yerli qəzetlər yazırlar ki, kral ailəsinin üzvləri hələ də təntənəli mərasim müddətində Amyen ətrafında qalmağa yer axtarırlar.

Sonda.... Gördüyünüz kimi, yasaqlar, sərt qaydalarla dolu bir malikanə həyatından söhbət gedir. Daim formada olmaq, heç bir qaydanı unutmamaq və həyatına az qala robot kimi davam etmək... Kim deyir ki, kraliça olmaq zövqlü işdir?