| Xəbər 2812 dəfə oxunub
Hollandiyada da çempion müəyyənləşdi

İngiltərə Premyer Liqasından sonra Hollandiya çempionatında da 2017/2018 mövsümünün qalibi müəyyənləşib.
Qol.az-ın məlumatına görə, 31-ci turda doğma meydanda “Ayaks”ı 3:0 hesabı ilə məğlub edən PSV 24-cü çempionluğunu rəsmiləşdirib. Bu qələbədən sonra xallarının sayını 80-ə yüksəldən Eyndhoven təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi “Ayaks”ı 10 xal qabaqlayır.

Qeyd edək ki, bu gün İngiltərədə “Mançester Yunayted”in “Vest Bromviç”ə uduzmasından sonra “Mançester Siti” də vaxtından əvvəl çempionluğu rəsmiləşdirib.