| Xəbər 2345 dəfə oxunub
İtaliyalı bariton Daniele Kaputo Bakıya gəlir

Mayın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunacaq. 

Teatrın mətbuat xidmətindən bildirilib ki, İtaliyanın Azərbaycandakı səfirliyi ilə birgə mədəni əməkdaşlıq proqramı çərçivəsində təqdim ediləcək səhnə əsərində azərbaycanlı opera ustaları ilə yanaşı, italiyalı sənətkarlar da çıxış edəcək.

Operada aparıcı partiyalardan birini - Fiqaro partiyasını tanınmış italiyalı bariton Daniele Kaputo canlandıracaq. Tamaşanın dirijoru isə italiyalı dirijor Alessandro Kalkanenedir.

Səhnə əsərində Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Əkrəm Poladov və gənc vokalçı Nina Makarova da çıxış edəcək.