| Xəbər 2989 dəfə oxunub
Muradla Natavan barışdı - Ona qeyri-səmimi demişdi

Şou-biznesdə daha bir küsülü məşhurlar barışıb.

Bu dəfə əməkdar artist Murad Dadaşovla Natavan Həbibi aralarındakı soyuq münasibətə son qoyublar. 

Bu haqda Natavan İnstaqram səhifəsində yaydığı videoda bildirib. O, birlikdə səmimi videolarını sosial şəbəkədə yerləşdirib. Görüntü İlham Əliyevin səsvermədə birinci olması münasibətilə keçirilən konsertdə lentə alınıb. 
Qeyd edək ki, M.Dadaşov "ATV maqazin onlarla" verilişində Natavanı qeyri-səmimi alandırmış və ona "Natavan özü deyil, kiminsə acığına iş görür" sözlərini demişdi. Həbibi isə ona cavab verməyib, Dadaşovla üz-üzə danışacağını söyləmişdi.