| Xəbər 7386 dəfə oxunub
Makaron arıqlamağa kömək edir

Makaron məmulatlarla qidalanma çəki artımına yol açmır və hətta insanın arıqlamasına kömək edir.

Oxu.Az xəbər verir ki, kanadalı tədqiqatçılar belə bir nəticəyə gəlib. Bu haqda elmi məqalə “EurekaAlert” nəşrində dərc olunub.

Alimlər makaronla qidalan 2500 nəfərin iştirak etdiyi 30 araşdırmanın nəticələrini təhlil edib. Könüllülər həftədə üç dəfə yarım boşqab porsiya makaron yeyib.

Maraqlıdır ki, üç ay davam edən eksperimentdən sonra könüllülər orta hesabla 500 qram arıqlayıb.

Mediklərin sözlərinə görə, makaron məmulatlar balanslaşdırılmış pəhriz ilə qəbul edildikdə çəkinin artmasına və piy qatının yığılmasına yol açmır. Bu sözügedən məhsulun aşağı qlikemik indeksi ilə əlaqədardır.