| Xəbər 3986 dəfə oxunub
Kökəlməyin əsas səbəbləri açıqlanıb

Alimlər kökəlməyə səbəb olan əsas 4 faktor açıqlayıblar. Saglamolun.azHronika.info-ya istinadla bu faktorları təqdim edir:

1. Kalorilərin həddindən çox qəbulu. Müasir insanlar lazım olandan qat-qat çox kalori qəbul edir. Bu kalorilər sərf olunmur və orqanizmdə yığılaraq piyə çevrilir.

2. Meyvə və tərəvəzlərin az istehlakı. Meyvə və xüsusilə də tərəvəzlər bədən çəkisini normada saxlamağa kömək edir. Mütəxəssislər gün ərzində 5 porsiya meyvə-tərəvəz (3 porsiya tərəvəz + 2 porsiya meyvə) istehlak etməyi tösiyə edirlər.

Mütəxəssislərin fikrinə görə, meyvə-tərəvəz yeməyən və ya az yeyən insanlarda 1 il ərzində 5-10 kq artıq çəki yığmaq təhlükəsi var.

3. Fiziki aktivliyin az olması. Müasir insanlar günün bir çox hissəsini oturaq vəziyyətdə keçirir. Bədən çəkisini normada saxlamaq üçün insan mütləq fizki aktivliklə məşğul olmalıdır. Əks halda artıq çəki qaçılmazdır.  

4. Su içməmək. Əgər insan gün ərzində 1,5 l-dən az su içirsə, bu gec və ya tez kökəlməyə səbəb olacaq. Az su içən insanın bədənində maddələr mübadiləsi prosesləri ləngiyir və bu da kökəlməyin riskini artırır.