| Xəbər 5836 dəfə oxunub
Qarın qurultusunun səbəbləri

Həzm sisteminə düşən qidanın parçalanması zamanı qaz əmələ gəlir.

Məhz bu qaz qabarcıqların mədə və bağırsalarda hərəkəti nəticəsində qarında qurultu əmələ gəlir.

İnsan ac olanda mədə və bağırsaqlar yığılmağa başlayır ki, bu da qarın qurultusuna səbəb olur. Beləliklə,  acqarına və yeməkdən sonra qarında qurultunun olması təbii fizioloji prosesdir.

Lakin bəzən qarın qurultusu tez-tez təkrarlanır, qurultu çox güclü olur, ağrılarla müşayiət olunur, insanı narahat edir , psixoloji diskomfort yaradır. Bu halda mütəxəssisə müraciət etmək lazımdır.

Saglamolun.az xəbər verir ki, qarın qurultusunun həddindən artıq tez-tez baş verməsi mədə-bağırsaq sistemində olan müxtəlif pozulmalara işarə edə bilər:

- bağırsaq mikroflorasının pozulması (disbakterioz)

- qastrit

- mədə və 12 barmaq bağırsağı xorası

- kolit

- öd kisəsinin və qaraciyərin funksiyalarının pozulması

- qurd xəstəlikləri

- bağırsaq keçilməzliyi (bu zaman insanı güclü ağrı narahat edir, nəcis ifrazında gecikmə yaranır). Bu çox təhülkəli pozulmadır.

- həzm fermentlərin çatışmazlığı ilə bağlı olan pozulmalar və s.

Qarın qurultusunun səbəbi sinir sistemi pozulmaları (depressiya, nevrasteniya və s.) da ola bilər.

Bu simptom qadınlarda menstruasiyadan əvvəl və menstruasiya zamanı meydana çıxa bilər. Bunun səbəbi orqanizmdə hormonal fonun dəyişilməsidir.

Hamiləlik zamanı qarın qurultusunun səbəbi bağırsaqların sıxılmasıdır.

Bəzi ziyanlı qida vərdişləri də qarın qurultusuna səbəb ola bilər

- səhər yeməyindən imtina etmək

- yeməyi tez-tez yemək, az çeynəmək

- yemək zamanı danışmaq və s.

Bəzi qidalar və içkilərin qəbulu sağlam insanlarda da güclü qarın qurultusuna səbəb olur

- qızardılmış, yağlı qidalar

- şirniyyatlar

- süd

- kələmin bütün növləri

- göbələk

- paxlalılar (noxud, lobya, mərci)

- mayalı xəmirdən hazırlanmış un məmulatları

- mayonez

- qazlı içkilər

- pivə, kvas