| Xəbər 3273 dəfə oxunub
Depressiyadan qoruyur, insanı xoşbəxt edir

Araşdırmalar sübut edib ki, həftə ərzində ən azı 1 saat idmanla məşğul olmaq depressiyanın inkişafından qoruyur.

Məsələ burasındadır ki, idman beyində serotonin hormonunun ifrazını artırır.

Saglamolun.az xəbər verir ki, serotonini "xoşbəxtlik hormonu" adlandırırlar. Məhz bu hormonun səviyyəsinin aşağı düşməsi depressiyanın inkişafı ilə əlaqələndirirlər.

Amerika alimlərinin yeni araşdırması sübut edib ki, idman tək depressiyadan və həyacandan xilas etmir, həmçinin insanda xoşbəxtliyin səviyyəsini artırır.

Newsweek-in məlumatına görə, Miçiqan Universiteti alimləri aşkar ediblər ki, idmanla məşğul olan insanlardan 50%-dən çoxu özünü xoşbəxt hiss edir. İdmanla məşğul olmayan insanlar arasında isə bu göstərici 20%-dən aşağıdır.

Mütəxəssislər həftədə 3-5 saat idmanla məşğul olmağı tövsiyə edir.