| Xəbər 3735 dəfə oxunub
Ömrü uzadan tərəvəzlər...

Qadın və kişi orqanizminin quruluşu müxtəlifdir. Bu səbəbdən onların rasionuna olan yanaşma da müxtəlif olmalıdır.

Bunu Avstraliya diyetoloqları sübut edir.

Sağlamolun.az xəbər verir ki, diyetoloqlar 1998-ci ildə 1000 qadın iştirakı ilə qlobal araşdırmaya başlayıblar. Bütün bu müddət ərzində mütəxəssislər qadınların rasionunun analizini edirdilər. Alimləri xüsusilə tərəvəzlərin istehlakı maraqlandırırdı.

Araşdırma göstərib ki, kələmin bütün növləri (ağ, qırmız kələm, brüssel kələmi, kolrabi, gül kələmi), turp, şalğam kimi tərəvəzlər qadınların sağlamlığına xüsusilə müsbət təsir edir, onların arteriyalarını qoruyur, həyatını uzadır.

Hesabatda qeyd olunur ki, bu tərəvəzləri tez-tez yeyən qadınlarda boyun arteriyaların divarları orta hesabla 0,05 mm nazik olub. Çox cüzi görünən bu fərq qadınlarda vaxtından tez ölümün riskini 10-18% azaldır.

Lakin onu da nəzərə almaq lazımdır ki, müalicəvi effekt üçün qadın hər gün bu tərəvəzlərdən ən azı 200 qr yeməlidir.