| Xəbər 4370 dəfə oxunub
Facebook-dan 87 milyon istifadəçinin məlumatları oğurlanıb

Facebook sosial şəbəkəsinin şəxsi məlumatları "Cambridge Analytica" şirkətinə ötürülən istifadəçilərinin sayı 87 milyona çatıb.

Trend-in verdiyi xəbərə görə, bu barədə sosial şəbəkənin mətbuat xidməti məlumat yayıb.

"Bizim ehtimallara görə, əsasən ABŞ-dan olan 87 milyon istifadəçinin şəxsi məlumatları səhvən "Cambridge Analytica" şirkətinə ötürülüb", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, daha öncə 50 milyon istifadəçinin məlumatlarının ötürülməsi barədə xəbər verilib.

Qeyd edək ki, Facebook təsisçisi Mark Zukerberq aprelin 11-də ABŞ Konqresində məsələ ilə əlaqədar keçiriləcək dinləmələrdə iştirak edəcək.