| Xəbər 4241 dəfə oxunub
Canavarları böyütdü, insanları peşman etdi...

İspaniyalı Markos Rodriqes Pantoyya 12 il boyunca canavarların arasında yaşadığını iddia edib. Onun sözlərinə görə, bu cür həyat tərzindən sonra insanlar onu xəyal qırıqlığına uğradıb.

 

Bu barədə lenta.ru saytı xəbər verib. Markos 1946-cı ildə doğulub, 3 yaşı olanda anasını itirib. Bundan sonra isə atası və analığı tərəfindən zorakılığa məruz qalıb, ardınca da onu çobana satıblar. Uşağın 7 yaşı tamam olanda isə onun hamisi, sadəcə, yoxa çıxıb.

 

Pantoyinin sözlərinə görə, daha sonra canavar sürüsünə yaxınlaşıb və sürü onu öz övladı kimi saxlayıb. İspan qalada yatıb, göbələk və giləmeyvə ilə qidalanıb. Pantoyyanın 19 yaşı olanda onu ispaniyalı hərbçilər fərq edib və zorla insan cəmiyyətinə geri qaytarıblar. İndi Pantoyayanın 72 yaşı var və o hesab edir ki, hələ də cəmiyyətin tam bir üzvü ola bilməyib. Kişi etiraf edib ki, canavarlarla yaşamaq daha asandır, nəinki insanlarla. Onun şikayətləri də bu istiqamətdədir ki. Işləməyə cəhd edib, amma hər zaman özünü aldadılmış və istifadə olunmuş hiss edib.

 

Hazırda o, məktəblilərlə heyvanlara olan sevgisi və ətraf mühiti qorumaq barədə söhbətlər aparmağı tərcih edir. Kişi eyni zamanda qeyd edib ki, dağlara qayıtmağa cəhd etsə də, heyvanlar onu yad ünsür hesab etdikləri üçün qəbul etmirlər.