| Xəbər 2155 dəfə oxunub
Meymun uşağı qaçırdı, sonra da boğdu

Hindistanın Orissa ştatındakı Banki kəndində meymun yeni doğulan uşağı oğurlayaraq, quyuya atıb.

Bu barədə “South China Morning Post” nəşri xəbər verir. Uşağın anası iddia edir ki, evə girən makak-rezus cinsli meymun yatan körpəni götürüb və tez bir müddət ərzində gözdən itib. Valideynlər itən uşağı tapmağa cəhd göstərsələr də, buna nail ola bilməyiblər. Növbəti gün isə kəndin digər sakini yeni doğulan körpəni quyuda tapıb. Araşdırmalar nəticəsində məlum olub ki, körpə boğulub. Qohumları isə hesab edir ki, meymun təsadüfən onu suda boğub.

 

Uşağın ölümünə səbəb olan heyvanı tapmaq mümkün olmayıb. Yerli polis idarəsinin təmsilçisi isə bildirib ki, meymunlar tez-tez insanlara hücum edir və ya qida axtarışında ikən evlərə girirlər. Belə hallar tez-tez baş verir. Amma bu, bir meymunun uşağı qaçırdığı ilk hadisədir.