| Xəbər 4187 dəfə oxunub
Atası ilə sağollaşandan 2 saat sonra onu tanımadı

“Daily Mail” qəzetinin xəbərinə görə, 13 yaşındakı Şarlotta Parsonsun ölümcül xəstəliyi atasını tanımadığı vaxt ortaya çıxıb. Ata Den səhər qızını məktəbə qoyandan 2 saat sonra məktəbdən qızının xəstələnməsi ilə bağlı zəng gəlib.

Məktəbə gələn atanı isə qızı tanımadı. Kriz keçirən və şüur bulanıqlığı yaşayan Şarlotta dərhal xəstəxanaya aparılıb. 13 yaşlı qız ancaq anasını tanıyır və keçmiş pişiklərindən danışırdı. 10 gün boyunca xəstəxanada qalan Şarlotta iflic və miningit testləri edildi. 1 ay boyunca antibiotikdən istifadə edəndən sonra isə qızda beyin iltihabı olduğu ortaya çıxdı. Ölümcül bir xəstəlik olan və olduqca nadir rast gəlinən beyin iltihabı isə yaddaş itkisinə səbəb ola bilir. İmmunitet sistemi nisbətən zəif olan uşaqlar və yaşlılar isə beyin iltihabına daha meyllidilər.

 

İlk vaxtlar qripə bənzər simptomlarla ortaya çıxan xəstəlik gün keçdikcə iflic, əhval dəyişikliyi, xarakter və davranış dəyişiklikləri formasında özünü göstərir. 20 həftə boyunca infeksiya ilə mübarizə aparan Şarlotta bu müddətdə məktəbdən də məhrum olub.