| Xəbər 3212 dəfə oxunub
Ən çox ağlayan uşaqlar bu ölkələrdə yaşayır

Britaniyalı psixoloqlar müəyyən ediblər ki, Böyük Britaniya, İtaliya, Niderland və Kanadada doğulan uşaqlar dünyanın ən ağlağan uşaqlarıdır.

Onlar Danimarka, Almaniya və Yaponiyadakı körpələrdən qat-qat çox ağlayır. Alimlər bu nəticəyə Almaniya, Danimarka, Yaponiya, Kanada, İtaliya, Niderland və Böyük Britaniyada doğulan 8700 körpə üzərində müşahidə apardıqdan sonra gəliblər. Araşdırmalara görə, körpələr həyatlarının ilk iki həftəsində gün boyu orta hesabla 2 saat ağlayırlar. Daha sonra ağlamanın müddəti müntəzəm olaraq artır və altıncı həftədə 2 saat 15 dəqiqəyə çatır. Bu müddətdən sonra isə körpələr daha az ağlamağa başlayırlar. 12-ci həftədə isə onların ağlaması orta hesabla bir sutkada 1 saat 10 dəqiqəni əhatə edir. 

 

Araşdırmada orta statistik göstəricilərdən fərqli olan körpələrin də olduğu müəyyənləşib. Belə ki, bəzi körpələr gün ərzində 30 dəqiqədən artıq ağlamırlar. Bəzilərinə isə gündə ağlamaq üçün 5 saat da bəs etmir. Fərq körpənin hansı ölkədə dünyaya gəlməsi ilə əlaqədardır. Amma araşdırma nəticəsində körpənin ağlama müddəti ilə onun yaşadığı ölkə arasında nə kimi əlaqə olduğu üzə çıxmayıb. Bunun üçün xüsusi araşdırmaya ehtiyac duyulur.