|
Pişiklər üçün mebel kolleksiyası hazırlandı - Fotolar

Yaponiyanın "Craftsman Made" şirkəti Fukuoka prefekturasının mebel sənayesini canlandırmaq qərarına gəlib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, cəmiyyətin pişiklərə, həmçinin ev heyvanlarına sevgisinə yaxından bələd olan şirkət öz ustalarının gücünü pişiklər üçün kiçik mebellərin istehsalına yönəldib.

Lakin bunlar adi evciklər və platformalar deyil. Xüsusi ağacdan istehsal edilmiş bu zərif mebel tam ölçülü modellərin dəqiq azaldılmış surətidir.

Yüksək keyfiyyətli pişik mebeli istehsalçının saytında əldə etmək mümkündür.