| Xəbər 3593 dəfə oxunub
Polis uşaq oğurlayan meymunu axtarır
Hindistanda meymun axtarışa verilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Orissa əyalətində evə girən meymun körpəni qaçırıb. Anasının müdaxiləsinə baxmayaraq uşağı meymunun əlindən almaq mümkün olmayıb. Körpə növbəti gün evin arxasındakı quyuda tapılıb və müayinə zamanı ciddi xəsarət almadığı aşkarlanıb. 
Meymunların evə yemək oğurlamaq üçün girdiyini deyən polis uşaq oğurlayan meymunla ilk dəfə qarşılaşdıqlarını bildirir. 
Polis şöbəsinin nümayəndəsi PC Pradhan bir həftə ərzində canlınan tutulmasına ümid etdiklərini deyib.