|
Beyonsdan üzü yağlı xanımlara maska tərifi

Müğənni Beyons üzü yağlı xanımlara maska tərifi deyib.
Öz siması da yağlı olan 36 yaşlı ifaçı bunun üçün çiyələk və limondan istifadə etdiyini bildirib.
Beyonsun sözlərinə görə, 5 dəqiqə çiyələyi üzə sürtdükdən sonra limon suyu ilə silmək və yenə 5 dəqiqədən sonra isə ilıq su ilə yumaq lazımdır.