| Xəbər 5895 dəfə oxunub
QADINLAR OXUSUN:

Arzuolunmaz hamiləliyin qarşısını almaq üçün müxtəlif üsullar mövcuddur. Bunlardan biri də hormonlu spiraldır.

Ailem.az hormonlu spiral barədə xanımlara ətraflı məlumat verir.

Uşaqlıq daxilinə yerləşdirilərək spermanın yumurtaya çatmasına və mayalanmasına əngəl olan hormonlu spiral qadınlar tərəfindən ən çox seçilən üsuldur. Hormonlu spiralla qadınlar 5 il boyunca istəmədikləri hamiləlikdən qoruna bilərlər. Bu zaman ərzində spiralın istənilən vaxt çıxarılması da mümkündür.

Hormonlu spiral içərisində yer alan progesteron hormonu ilə uşaqlığın içinə salınır. Bu üsul iynə və həb formasında istifadə edilən digər hamiləliyə nəzarət üsullarına nəzərən daha zərərsizdir.

Hormonlu spiralın faydalarına baxdığımız zaman digər üsullara nisbətən daha uzun qoruma vəd edir.

Hormonlu spiralın faydaları:

1. Menstruasiya sancılarını azaldır və çox hallarda yox edir.

2. Hamiləlikdən qorunma şansı daha yüksəkdir.

3. Menstruasiya zamanı qanamanın çox olması səbəbi ilə dəmir əskikliyi olan şəxslərin spiraldan istifadəsi ilə birlikdə qanamada azalma müşahidə edilir.

4. 4-5 il boyu hamiləliyi əngəlləyir və gecikdirir.

5. Uşaqlıqdankənar hamiləliyin qarşısını alır.

Hansı spiral növü seçilməlidir?

İki növ spiral var: hormonlu və normal mis spiral. Əksərən soruşurlar ki, bu spirallardan hansı daha faydalıdır? Yuxarıda sadalanan faydalarına görə, hormonlu spiralların istifadəsi daha çox tövsiyə edilir.

Hormonlu spiral necə taxılır?

Hormonlu spiralın faydalarından yararlanmaq üçün doğru formada taxılmasına diqqət edilməlidir. Spiralın səhv taxılması, ya da sonradan sürüşməsi müxtəlif əlavə təsirlərə səbəb olur.

1. Hormonlu spiral menstruasiyanın başlamasından 7 gün sonra, həkim tərəfindən həyata keçiriləcək kiçik bir müdaxilə ilə taxılır. Bu proses yalnız bir neçə dəqiqə çəkir.

2. Hormonlu spiral taxıldıqdan sonra 1 ilə 3 aylıq zaman içərisində təkrar yoxlanmalıdır. Bu yoxlamadan sonra isə illik yoxlanma kifayət edəcək.

Hormonlu spiralın əlavə təsiri varmı?

Hormonlu spiralın taxılması əsnasında yüngül qanama, baş hərlənməsi kimi sağlamlıq problemləri ola bilər. Bundan əlavə menstruasiya qanamasının azalması da müşahidə edilir. Hormonlu spiral hamiləliyin qarşısını alan digər vasitələrdən daha az əlavə təsirə sahib olduğu üçün istifadəsi tövsiyə olunur.

Hormonlu spiralı kimlər istifadə etməməlidir?

- Hamilələr

- Vaginal qanaması olanlar

- Uşaqlıq ağzı, ya da döş xərçəngi riski olanlar

- Pelvik nahiyədə infeksiyası olanlar

- Qaraciyər xəstəsi, ya da qaraciyər şişi riski olanlar.