|
Dərini qara nöqtələrdən təmizləmək üçün 3 TƏBİİ ÜSUL

Qara nöqtələrlə mübarizə etmək üçün müxtəlif vasitələr mövcuddur.

Təbii ki, ən yaxşı üsul vaxtaşırı olaraq üz dərisini kosmetik salonda təmizləməkdir. Lakin ev şəraitində də bu problemi həll etmək mümkündür.

Saglamolun.az sizə qara nöqtələri yox edən 3 resept təqdim edir.

1. Yumurta ağı

Yumurta ağına 1 ç.q. su əlavə edin, yaxşı çalın, təmiz üz dərisinə kiçik fırça ilə çəkin, qurumasını gözləyin, bir lay da çəkin. Bunu 4-5 dəfə edin. Maska tam quruyanda üzünüzü ilıq su ilə yuyun. Bu maska həmçinin dərini cavanlaşdırır, tonusunu qaldırır, daha dartılmış edir.

2. Bal və duz   

1 x.q. təbii balı 1 x.q. duzla qarışdırın və üz dərisinə çəkib yüngül massaj edin. Qara nöqtələri çox olan yerlərə (alın, burun, çənə) xüsusilə diqqət yetirin.

3. Soda + su

1 x.q. sodanı az miqdarda su ilə qarışdırın, üzünüzə çəkin, massaj edin. Bu maska həmçinin üz dərisini ağardır.