| Xəbər 2727 dəfə oxunub
Sızanaqları yox edən ƏN UCUZ VASİTƏLƏR

Sızanaqlar çox deyilsə, onları ev şəraitində yox etmək mümkündür.

Bu işdə sizə çox ucuz və əlçatan vasitələr kömək edə bilər. Saglamolun.az sızanaqları yox edən ən ucuz vasitələri təqdim edir:

1. Sink məlhəmi. Gün ərzində bir neçə dəfə yalnız sızanarların üzərinə çəkilir. Məlhəm iltihabı azaldır, dərini qurudur, sızanaqları tez bir zamanda kiçildir.

2. Salisil turşusu. Gündə 2-3 dəfə sızanaqların üzərinə çəkin. Çox güclü vasitədir, dərini yaxşı təmizləyir.

3. Kalendula tinkturası. Dərini təmizləyir, bərpa prosesləri stimullaşdırır.

4. Hidrogen peroksid ("perekis"). Sızanaqlar olan sahələrinə gün ərzində bir neçə dəfə çəkin. Sızanaqları kiçildir, dərini ağardır.  

Diqqət! Sızanaqlar çoxdursa, onları ev şəraitində müalicə etməyin, dermatoloqa müraciət edin.