| Xəbər 5415 dəfə oxunub
Saçları hər gün yumaq olarmı?

Əvvəllər belə hesab olunurdu ki, saçları həftədə 1 dəfə yumaq olar, bundan tez yox.

Lakin hal hazırda trixoloqlar saçları müəyyən fasilələrlə deyil, çirkləndikcə yumağı tövsiyə edirlər.

Yağlı saçlar daha tez-tez çirklənir ki, onları bəzən hər gün yumaq lazım olur. Trixoloqların fikrinə görə, bu problem deyil. Əksinə saçların uzun müddət ərzində çirkli qalması onların sağlamlığına gündəlik yuyulmaqdan daha mənfi təsir edir.

Saçların yağlılığını azaltmaq üçün onları isti su ilə deyil, ilıq su ilə yuyun və sonda alma sirkəsi (2 l su + 2 x.q. alma sirkəsi) və ya gicitkən, çobanyastığı dəmləməsi ilə yaxalayın.