|
Naşükür fil balası onu xilas edənlərə hücuma keçdi

Hindistanda kiçik fil balası onu çuxurdan xilas edən xilasedicilərə hücum edib. Lenta.ru saytı bu hadisənin əks olunduğu videonu yayıb. Videorolik Hindistanın Xosur şəhərində, 26 martda çəkilib.

Çuxura düşən 2 aylıq fil balasını öncə böyük fil xilas etmək istəsə də, buna nail olmayıb. Yerli sakinlər həyəcanlı qışqırıq səsini eşidiblər və yardım üçün meşə işçilərinə müraciət ediblər. Sonuncular isə xilasedicilər komandası çağırıblar. Hadisə yerinə gələn xilasedicilər kanat köməyi ilə fil balasını düşdüyü çuxurdan çıxarıb. Heyvan müqavimət göstərməsin deyə, onun gözünə kiçik bir parça hissəsi də atıblar. Fil balası çuxurdan çıxan kimi gözündəki parçadan qurtulub və onu xilas edənlərə qarşı hücuma keçib.

Daha sonra onu vəhşi heyvanlar üçün sığınacağa gətiriblər. Yaxın zamanda isə onu azadlığa, öz dəstəsinin içinə buraxmağı planlaşdırırlar.