| Xəbər 4850 dəfə oxunub
Azarkeşlər "Qəbələ"nin avtobusunun şüşəsini sındırdığına görə "Kəpəz" cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda qeyd olunub ki, Premyer Liqanın XIX turunun “Kəpəz” - “Qəbələ” matçı başa çatdıqdan sonra “Qəbələ” futbol klubu stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılıb. “Kəpəz” klubu qonaq komandanın təhlükəsizliyini tam təmin etmədiyinə görə klubun 4000 manat cərimə olunması barədə qərar qəbul olunub.

 

“Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi hesab “Kəpəz” klubu tərəfindən ödəniləcək.