| Xəbər 5383 dəfə oxunub
Dünyanın ən xoşbəxt ölkələrinin SİYAHISI açıqlandı

Dünyanın ən xoşbəxt ölkəsi Finlandiya hesab olunub.

Trend-in məlumatına görə, bu barədə BMT-nin hazırladığı “Dünya Xoşbəxtlik Hesabatı”nda deyilir.

Qeyd edək ki, Finlandiya bu reytinqdə ötənilki lider Norveçi qabaqlayıb.

 

İlk onluğa isə bu ölkələrdən başqa Danimarka, İslandiya, İsveçrə, Niderland, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya daxil olub.

Qeyd edək ki, ümumilikdə siyahıda 156 ölkə yer alıb.