| Xəbər 5722 dəfə oxunub
Dünyanın beşinci ən iri almazı satılıb

Belçikanın Antverpen şəhərində tarixin ən iri almazlarından biri 40 milyon dollara satılıb.

Trend-in məlumatına görə, həmin almaz bu ilin yanvarında Lesotoda aşkar edilmişdi.

 

“Lesoto əfsanəsi” adı verilən 910 karatlıq almaz hərracda öz müştərisini tapıb.

Qeyd edək ki, bu almaz ölçüsünə görə beşinci almaz olub.