| Xəbər 3511 dəfə oxunub
Kriptovalyutaların reklamı qadağan olunur

"Google"da kriptovalyuta və binar opsion reklamlarının yerləşdirilməsinə qadağa qoyulacaq.

Trend-in məlumatına görə, bu barədə "Google" axtarış sistemini idarə edən ABŞ-ın "Alphabet" holdinqi bəyanat verib.

"Alphabet" qadağa qərarını yüksək risk qrupuna aid olan bu maliyyə məhsullarının satışı ilə mübarizə üzrə daha geniş tədbirlərin zəruriliyi ilə izah edib.

 

Qadağa iyun ayından qüvvəyə minəcək.

Xatırladaq ki, yanvarın sonunda "Facebook" rəhbərliyi də sosial şəbəkədə kriptovalyuta reklamının yerləşdirilməsinə qadağa qoyulacağını bildirmişdi.