| Xəbər 5175 dəfə oxunub
Bakı Media Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq memorandumu imzalayıblar

Bakı Media Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Trend-in məlumatına görə, əməkdaşlıq memorandumuna əsasən tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ictimaiyyətlə əlaqələrin qurulması, müxtəlif layihələrin icra edilməsi, eləcə də Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün birgə fəaliyyətlərin təşkili məqsədilə razılığa gəliblər.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, qida təhlükəsizliyi sahəsində innovativ layihələrin icrası vacibdir.

 

Sonra tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin rəsmi loqosunun təqdimatı olub.

Bakı Media Mərkəzinin direktoru Orman Əliyev qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyinin loqosunda qida təhlükəsizliyinin əsas anlayışlarından olan qida zənciri və bərəkət rəmzi sayılan sünbülün elementlərindən istifadə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli fərmanı ilə Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.