| Xəbər 3634 dəfə oxunub
Senata çağırış: "Trampın təyinatlarını təsdiqləməyin!"

İnsan Haqlarının Müdafiəsi (Human Rights Watch) təşkilatı Mayk Pompeonun dövlət katibi, Cina Hespelin isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri təyin olunmasına qarşı çıxıb.

Axar.az xəbər verir ki, təşkilat hər iki şəxsi işgəncə tətbiqində və işgəncələrin tətbiqini dəstəkləməkdə ittiham edib.

“Prezident Trampın ABŞ-ın dünyadakı vəziyyətinə təsir edəcək çox yüksək vəzifəyə işgəncələri dəstəkləyən iki şəxsi təyin etməsi dərin narahatlıq yaradır. Senat gərək hər iki şəxsin namizədliyini rədd etsin”, – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonu dövlət katibi vəzifəsinə, Pompeonun boş qalan yerinə isə Cina Hespeli təyin edib.

Pompeo Quantanamo həbsxanasının bağlanmasının əleyhdarı kimi tanınır. Hespel isə MKİ-nin Tailandakı qərargahının rəhbəri olub. O, Tailanddakı məxfi MKİ həbsxanasına, MKİ-nin Terrorizmlə Mübarizə Mərkəzinə rəhbərlik edib. O, burada müxtəlif şəxslərin gizli şəkildə ələ keçirilməsi proqramını idarə edib.