| Xəbər 4873 dəfə oxunub
Türk ordusu və ASO Afrinə gedən bütün yolları ələ keçirdi

Türkiyə ordusu və ASO-nun Suriyanın Afrin regionunda keçirdiyi “Zeytun budağı” əməliyyat 53-cü gününə daxil olub.

Avropa.info xəbər verir ki, bu günədək 5 mahal mərkəzi, 216 məntəqə terrorçulardan azad edilib. TSQ və ASO Afrin şəhər mərkəzini mühasirəyə alıb. Rayondakı mülki əhalinin çıxışı üçün Ayn Daradan Basutə kəndinə qədər 3 kilometrlik koridor qurulub. Koridor PKK/PYD nəzarətində olsa da, TSQ və ASO-nun atəş mənzilində yerləşir. Türk əsgərləri və ASO birləşmələri ətraf təpələrə yerləşdirilib. Terrorçuların silah və sursat daşıdığı bütün əsas yollar ələ keçirilib. Bu günədək 3393 terrorçu zərərsizləşdirilib.

Afrinin mühasirəyə alınması ilə şəhərdən qaçanların sayı da artıb. Mülki əhalinin bir qismi rejim nəzarətində Nubul Zəhra bölgəsi ilə ASO nəzarətindəki Azezə keçib. Mülki əhalinin çıxmasından sonra əməliyyatın başlayacağı bildirilib. Əməliyyat üçün Afrin ətrafına xüsusi təyinatlı birləşmələr göndərilib.

Afrinin qərbində yerləşən Şeyx Hədid xəttində yerləşən Mağaracı, Dermeşkanlı, Masarcık, Zuraygat, Kavurkan, Meşmuş və Kilah kəndləri terrorçulardan təmizlənib. Cinderes mahalının cənub-şərqində və İdlibin şimalındakı TSQ nəzarət postunun yaxınlığında yerləşən Qazeviyə kəndi ilə Cinderesə bağlı Qaraba, İskan və Aşağı Kəfər Dali kəndləri də PKK/PYD-dən alınıb. Cinderesdə terrorçuların silah anbarı ələ keçirilib. Döyüşlərdə 3 ASO əsgəri həyatının itirərkən, qadın terrorçuların da olduğu 18 terrorçu öldürülüb.

PKK/PYD terrorundan təmizlənən kəndlərdə yaşayan əhaliyə çörək və ərzaq yardımı edilib.

Afrinin şərqində yerləşən Halidiyə kəndində kilometrlə uzanan tunel aşkarlanıb. Terrorçular tunellərin bəzilərini inşasını yarıda qoyaraq qaçıblar. Terrorçuların Kubla kəndində qurduqları nəzarət postu da TSQ və ASO-nun nəzarətinə keçib.

PKK/PYD üzvlərinin mahal və dağətəyi yerlərdə yerləşən müdafiə xətlərində müqavimət göstərmədən qaçdığı bildirilib. Ara-sıra snayperlərin atəş açdığı deyilir. Əməliyyat çərçivəsində YPG-li qadınların da olduğu 100 terrorçu ələ keçirilib, onlarla terrorçu təslim olub.