| Xəbər 4542 dəfə oxunub
Ermənistan Ordusu işğal etdiyi Azərbaycan ərazilərində təlim keçir

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlim keçir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, düşmən ordunun təlimləri qoşunların qarşıdurma xəttinin Ağdam istiqamətində keçirilir.

Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir.

Atəş səsləri cəbhəyanı ərazilərdə aydın eşidilir.