| Xəbər 5838 dəfə oxunub
Güneldən sərt cavab:

Azəri qızı Günel həmkarı Orxan Ölməzlə sevgili olması barədə yayılan xəbərlərə münasibət bildirib.

Sənətçi instaqram səhifəsində onu tənqid edənlərə cavab verib:

“Əsəbilərimi korlamayın, hamının ailəsi var. Xəbəri yazanda bunu fikirləşin.Utanın, ananızı, bacınızı düşünün. Ölümlü dünyada niyə qəlb qırırsız? Azərbaycandakı bəzi özünü bilməyən səviyyəsizlər, əlinə telefonu alıb şərh bildirirsiz, utanmazlar!

Paxıllığın bu dərəcəsi də olmaz. “Kırık vazo” adlı klipim çıxdı, hansınız bunu paylaşıb “xeyirli olsun” yazdınız? Ancaq xəbər yazasız, paylaşasız, altından da ağzına gələni yazsınlar. Səhifələrdə şərh bölməsini də bağlamırsız. Sizin adınıza utanıram. Amma unutmayın, Hamımızın ailəsi var. Sizi insan olmağa çağırıram. Mən işimdə xoşbəxtəm. Səhnədəyəm. Ailədən başqa yaxın yoxdur”.

Qeyd edək ki, ötən gün “Söylemezsem Olmaz” proqramında Günellə Orxanın sevgili olduğu iddia edilmişdi. Cütlük hazırda birlikdə çalışır.