|
Sumqayıtda dövlət müəssisəsindən oğurluq edən şəxs tutulub

Sumqayıtda dövlət müəssisəsindən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər sakini T.Novruzovanın içərisində 2000 manat və sənəd olan çantasını oğurladığına görə tutulmuş Hicran Qurbanovun ətrafında Sumqayıt polisi tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 18-dən fevralın 20-dək olan müddətdə A.Alıyarovaya məxsus çantadan, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühasibat otağından pul oğurlaması da müəyyən edilib.