| Xəbər 7263 dəfə oxunub
İlk dəfə böyük pulu onda gördüm - Anar

Bu gün xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 80 yaşı tamam olur.

Kult.az bu münasibətlə görkəmli yazıçı ilə 74 yaşındakı müsahibəni təkrar təqdim edir:

Anarın On Yeddi Anı

İnanmazsınız, Anardan ilk dəfə müsahibə götürmək istəyimdən nə az, nə çox – düz 14 il ötüb. Bu illər ərzində 3-4 kərə lap yola da çıxmışam, amma son anda bir qayğı peyda olub, ovqatımı və vaxtımı gilavarın döşündə Xəzərə töküb.

İndi yadıma düşəndə heyrətlənirəm: 14 il haçan keçdiaxı!

Ömrə bax dagözünü açıb yumanacan ötüryaşadıqlarından xatirə kimi yaddaşına yığılan ANlardanbaşqa heç  qalmır.

Qismət bu günə – Anarın 74- ad gününəymiş

ANARın ANları yadında necə qalıbgörəsən?

I An

Artıq atamdan böyüyəm

- 74 yaşın ovqatı necədir?

- Sevincli bir hadisə olduğunu deyə bilmərəm. İllər gedir, yaşlanırıq, sona yaxınlaşırıq…

- “Yaş” - sizə necə təsir edir?

- Düşünürəm ki, artıq atamdan 3 yaş, anamdan 6 yaş böyüyəm. Onlarda xəstəlik vardı, məndə də “şəkər” var. Ancaq görünür, üzüm bərkdir, onlardan çox yaşadım…

- Ömrü verən Allahdı…

II An

Bir dəfə xatirələrində ilk yazısından danışmışdıŞuşada dincələrkən Rəsul Rza məsləhət görür kimüşahidələrini yazsınAnar isə Şuşa əvəzinə Amerika həyatından bir pyes yazırŞair balaca Anarınyazısını oxuyur  heyfsən  yazıçı oldun” deyir

- 14 yaşımda olub bu hadisə. İndi imkanım olsaydı, bütün ömrümü Şuşada yaşayardım, amma onda uşaq idik, Bakı üçün darıxırdıq. Atam başımızı qatmaq üçün dedi ki, Şuşa haqqında təəssüratlarınızı yazın…

- Bunu eşitmişəm, ancaq pyesdən xəbərim yoxdu.

- Onu çap etmərəm ki! Bəsit bir əsərdi. Məzmunu beləydi də: bir bəstəkardı, ciddi musiqi yazır, ancaq dolana bilmir, ona görə məcbur olur ki, caz yazsın – o vaxt elə bilirdik ki, caz yüngül bir işdi… Yəni öz sənətinə xəyanət eləyir…

III An

Bəzi yazıçıları bəyənmirdik

- Anar və “atmışıncılar” ədəbiyyatın axarını dəyişdilər. Bununçünsə yəqin ki, özünüzdən əvvəlki nəslin inkarı vacib idi. Kimlərdən imtina etdiniz və kimlərdən bəhrələndiniz?

- Bizi dövr yetişdirdi, xüsusi xidmətimiz deyildi bu. Bəlkə də ayrı dövr olsaydı, biz də kolxozdan yazacaqdıq. 60-cı illər mühiti bizə daha yaxın olan, doğma mövzulardan yazmağa imkan verdi: adi adamlar, insani hisslər çəkirdi diqqətimizi, pafosdan, patetikadan uzaq idik. O ki qaldı kimlərdən imtina etməyimizə, biz özümüzdən əvvəlki nəslə qarşı təhqiramiz, kobud söz deməmişik. İntəhası, bəzilərini bəyənmirdik və bu barədə susurduq, bəzilərini isə bəyənirdik…

(Bəyənmədiklərini ayrı cür soruşuram):

- Kimləri bəyənir və qəbul edirdiniz?

- Ən böyük müəllimimiz Mirzə Cəlil idi. Onun yaradıcılığında bizi narahat edən məsələləri tapırdıq. Bizdən bir az yaşlı nəsildən isə əlbəttə ki, İsa Hüseynovu qəbul edirdik. İsa Hüseynov bizim üçün örnək idi.

Vəssalam? Elə iki ədib?

Beləcə bəyənmədiklərini öyrənmiş oluruq.

IV An

“Atmışıncıların” İbad dayısı

- Sizin ədəbi nəslin müzakirə məkanı haraydı? Harda toplaşırdınız?

- Əsasən, mənim evimdə. 10 il yarımzirzəmi bir evdə yaşamışam. Hətta Rüstəm İbrahimbəyov deyirdi ki, sən təbiəti aldatmısan – evə gələndə də aşağı düşürsən, evdən çıxanda da. Çünki bizim evə küçədən gələndə də yarım mərtəbə düşürdün, həyətə çıxanda da. Elçin – Rüstəm də, Elçin də bizim evdə tez-tez olurdular – deyir ki, həmişə pəncərədən ayaqlar görürdük... Bu ev sanki klub idi, yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar, teatr və kino xadimləri… - yığışırdıq ora.

Daha sonra, bulvardakı “Sahil” kafesində tez-tez olurduq, adına da “Marokko” deyirdik. Yusif Səmədoğlunun “Yeddi oğul istərəm” filminin çəkilişlərində “Marokko” adlı bir at ölmüşdü, bu atın şərəfinə Yusif “Sahil” kafesini öz aramızda “Marokko” adlandırmışdı. Orda yığışır, çay içir, müzakirələr edirdik.

“Marokko”dan sonra adətən “Venesiya”da İbad dayının kafesinə gedirdik. Bir qolu yox idi İbad dayının. Gecə saat 2-də bizə qayğanaq bişirirdi, araq qoyurdu…

İndi təəccüb eləyirəm ki, bəs, biz nə vaxt yatırdıq? Çünki çox günlər səhərə qədər orda otururduq.

(İndiki gənclərin Şirzad dayı gözünüzün önünə gəldimi?)

- Söhbətlərinizin və əlbəttə ki, məclislərinizin daimi sakinləri kimlər idi?

- Toğrul Nərimanbəyov, Fikrət, Elçin, Yusif, Vaqif, Əkrəm…

- Söhbətinizin əsas mövzusu nə idi?

- Hər şeydən danışardıq - sənətdən, həyatdan, siyasətdən…

V An

- Kimləri oxuyurdunuz? Təbii ki, “qadağan olunmuş” ədəbiyyatdan söhbət gedir…

- Moskvada oxuyanda “Samizdat” deyilən bir şey vardı – çap olunmayıb əldə gəzən kitablar. Onları tapırdım, makinada üzünü çıxartdırırdım və Bakıya gətirirdim.

- “Qaçaqmaldan” hansılar yadınızdadır?

- Məsələn, Kafkanın əsərləri, Heminqueyin “Cam kiminçün çalınır”ı (“Əcəl zəngi”), İoneskonun “Kərgədanlar” pyesi, Kamyunun “Taun”u və s. Hətta görkəmli bəstəkarımız Qara Qarayev də maraqlanırdı və mən bu kitabları oxumaq üçün ona da verirdim.

VI An

Bu, mənim nöqsanımdır

Söz oxumaqdan düşmüşkənindi haqq dünyasında olan tanınmış yazarlardan biri danışırdı kibir günAnargilin bağına getmişdimAnar bir neçə Prima” siqaretini  bir qucaq kitabı yanına yığmışdıMəndəelə təəssürat yarandı kiAnar bir neçə günlük bağ istirahətində bir kitabxananı oxuyub qurtaracaq

- Yox, şişirdilmiş əhvalatdı. Əvvəla, mən heç vaxt “Prima” siqareti çəkməmişəm; ikincisi, qısa müddətdə o qədər kitabı oxumaq olmaz. Olsun ki, mütaliəmin çoxluğuna görə belə bir fikir yaranıb. Cavanlıqda çox oxuyurdum.

- İndi oxumursunuz?

- Vaxtım azdı – iş şəraiti elədir ki, çatdırmaq olmur və hesab edirəm ki, bu, mənim nöqsanımdır. Cavanlıqda fürsətim daha çox olurdu. Moskvada Lenin Kitabxanası vardı, orda elə şeylər oxuyurdum ki, böyük əksəriyyətə onlar məlum deyildi. Qərb ədəbiyyatı ilə maraqlanırdım əsasən: araşdırmalar aparır, hər fakta diqqət edirdim…

VII An

- Limon qabığıyla 2 araq...

(Sualımızı eşidəndən sonra xeyli gülür)

Hə, olub belə bir şey. Moskvada oxuyurduq, tələbəlik həyatıydı da. Bir dəfə evdə doğrudan da heç nə yox idi, limondan başqa. Vaqiflə (Səmədoğlu) birlikdə limon qabıqlarıyla səhərə qədər iki butulka araq içdik…

Bir dəfə də Fikrət (Qoca) Bakıdan gəlmişdi – o, Ədəbiyyat İnstitutunda oxuyurdu, mən ssenari kursunda. Zəng elədi ki, araq gətirmişəm, gəl, içək. Başım qarışıq idi, dedim, bir-iki günə gələrəm. Növbəti dəfə zəng edəndə yenə boyun qaçırdım ki, vaxt yoxdu. Fikrət dedi ki, bu araq şüşəsi mənə düşmən kimi baxır, onu məhv eləmək lazımdır. Dedim, o düşməni bu dəfə təkbaşına məhv elə…

Yazacaqsız bunları? Sonra da deyəcəklər ki, bunların işi əyyaşlıq olub (gülür)…

- Əksinə, məncə, sizin haqqınızda daha dolğun təsəvvür yaranacaq…

- Amma yanlış rəy formalaşmasın. Biz filmlərə baxırdıq, əsərlər, ssenarilər işləyirdik, maraqlı adamlarla görüşürdük, sərgilərə gedirdik, kitabxanalardan çıxmırdıq, tədqiqatlar aparırdıq. Əlbəttə ki, hərdən yeyib-içirdik də…

VIII An

- Anar müəllim, “Əlaqə” niyə təkdir?

- O janrda tək povest olduğuna görə deyirsiniz?.. Başqa əsərlərimdə də - “Qırmızı limuzin” və s. - sürrealist, mistik motivlər var. Amma bilirsiniz, bir janrı davam etdirməyi xoşlamıram. Məsələn, “Mən, sən, o və telefon” hekayəsi Moskva mətbuatında çıxandan sonra azı 20 dilə tərcümə olundu. Mənə deyirdilər ki, elə bu səpkidə daha bir şey yaz. Amma yazmadım. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” də maraq doğurdu, yenə eyni sözü dedilər, yenə davam etdirmədim. “Əlaqə” də eləcə. Yəni hansısa janrı davam etdirmək anlayışı yoxdur məndə.

IX An

Darıxmaqdan qaçıram

- Öz-özünüzlə söhbət etməyə “Macal” tapırsınız?

- Hə, “Macal”da belə bir məqam var… Çox nadir hallarda…

- Niyə?

- Elə bir həyat yaşayıram ki, nə yay istirahətim var, nə şənbə-bazarım… Bütün vaxtımı işə sərf edirəm – cavanlıqdan gələn bir rejimdi, yəqin ömrümün axırına qədər belə olacaq.

- Bu qədər gərgin iş rejiminin səbəbi nədir?

- Birincisi, eləməli olduğum işləri çatdırmaq istəyirəm. Demirəm ki, hamıdan yaxşı yazıram, ancaq elə şeylər var, onları ancaq mən yaza bilərəm. İkincisi də, işləməyəndə dəhşətli dərəcədə darıxıram, bədbinlik hissinə qapılıram. Ona görə nəyləsə özümü məşğul eləməliyəm.

- Darıxmaqdan qaçmaq üçün işləyirsiniz?

- Bəli.

- Niyə darıxmağı yaşamırsınız ki?

- Çünki darıxmağa “Macal” tapmıram (gülür).

- Öz-özünüzlə nadir hallarda da olsa, görüşürsünüz. Anarlar nədən danışır?

- Mənim yaşımda adam keçən ömrü, ötən günləri yada salır… İtirdiyim doğmalarımla danışıram… Özümdən narazılığım olur. Bəxtiyar demişkən, “bir ondan razıyam ki, özümdən narazıyam”…

- Xarakterinizdə nədən narazısınız?

- Bəzən lazımsız işlərə də qurşanıram. Məsələn?.. Hərdən özümü saxlaya bilmirəm, ağ yalanlara cavab verirəm. Cavab verməyəndə öz-özümlə danışıram, narahat oluram. Yaxşı olardı ki, fikir verməyim belə şeylərə. Amma mən fikir verməməyi bacarmıram… Yəqin, yalana öyrətmək istəmirəm özümü.

- Yalnız sizin haqqınızda olan yalanlara?

- Bütün yalanlara. Əlbəttə, hər yalanı ifşa etməyə adam vaxt çatdıra bilməz – o qədər yalan var ki yaşadığımız həyatımızda! Ancaq heç olmasa, özümə, inandıqlarıma aid yalanları cavabsız qoymaq istəmirəm.

X An

“Kod”lar açılmayacaq

- Bəzi yazılarınızda adlar kodlaşdırılıb, məsələn, “Sizsiz”də, bəzilərində ümumiyyətlə, üstündən ötmüsünüz, məsələn, “Cavid ömrü”ndə…

- “Sizsiz”də adını verməsəm də, atamın əleyhinə yazılan məqalələrin ünvanını - qəzetin adını və çap tarixini qeyd etmişəm. Maraqlanan olsa, o məqalə müəlliflərinin kimliyini öyrənə bilər. Adını ona görə yazmıram ki, çoxu ölüb gedib. Mənsə ölülərlə vuruşmuram, çünki onların cavab vermək imkanı olmur.

- Ancaq atanızla şəxsi məktublaşmalarınızda da “kod adlar” var…

- Cəmi iki adamdır. Onların adını vermək nəyə lazımdır? Rəhmətə gediblər.

- “Sizsiz” yazılanda rəhmətə getmişdilər?

- Yox.

- Deməli, cavab vermək imkanları vardı. Niyə adlarını açıq yazmadınız?

- Atamın-anamın xatirəsinə həsr etdiyim əsərin başında qalmaqal olmasını istəmədim.

- “Cavid ömrü”ndə də ad çəkməmisiniz…

- Mən yalanı ifşa etmişəm, dövrün, zamanın üstünə getmişəm, yalançının, böhtançının kimliyi o qədər də önəmli deyil… Nə yazmışamsa, faktla, sübutla yazmışam, intəhası, bədiiləşdirmişəm. Kim etiraz etsə ki, belə bir şey olmayıb, faktları ortaya qoya bilərəm… “Cavid ömrü”ndə bir şeir var, “Yeridir türməyə atsan, tutsan Əhməd Cavadı”. Bu dərəcədə axmaq, bayağı, insana yaraşmayan “şeir” müəllifinin adını tarix üçün saxlamağa ehtiyac varmı? Əlbəttə ki, yox. Amma faktı saxlamaq lazımdır…

XI An

- Nələri yazmağı çatdırmamısınız?

- Gənclikdən arzum vardı ki, bir ailənin timsalında 20-ci əsri əhatələyən roman yazım - o vaxt heç ağlıma belə gəlməzdi ki, 21-ci əsrdə də yaşayacağam. Bu ailə müəyyən mənada həm də bizim ailədir, çünki Cümhuriyyət hökumətinin qurucuları olan babalarımın, atamın fəaliyyəti çox geniş olub, elə mənim işlərim də az deyil. Təbii ki, sənədli roman yox, bədii əsər olacaq.

Amma sənədli əsər üzərində də işləyirəm, “Əsrim və nəslim” adlanır. Orda xatirələr, anılar keçir, dövr haqda düşüncələrim var. İnşallah, bu yay nəyin bahasına olursa-olsun, onu bitirəcəyəm.

XII An

Əkrəmi bağışlaya bilmirəm

 

- Bağışlamağı bacarırsınız?

- Hə. Kin saxlamağı bacarmıram. Bəzən təəccüblənirəm ki, kimsə kiməsə əyri baxıb, o da ömrünün axırına qədər bunu yadından çıxarmır. Mənə olan ədalətsizliklərə qızıram, hirslənirəm, ancaq iki gündən sonra unuduram…

- Gənclik dostunuz, istedadlı yazarımız Əkrəm Əylislini neçə dəfə bağışlamısınız?

- (gülür) Çox. Bir ömür…

- Şam ağacıyla sizə gələndə də küsülüydünüz?

- Yox, onda könlümə dəyməmişdi, dost idik. Həm də qonşu idik, bir-birimizə tez-tez gedib-gəlirdik… Bir dəfə gecə saat on iki, ya bir olardı; qapı döyüldü, açdım ki, Əkrəmdi, əlində də ağac budağı. Dedi ki, bu şəhərdə bu ağacdan və səndən başqa mənim heç bir dostum yoxdur. Mən də budağa işarə ilə dedim ki, dostunu niyə qırmısan bəs? (gülür…) Aramız dəyəndən sonra bunu başqa cür mənalandırdı… Nəsə…

- Əkrəm Əylislinin ovqatını ifadə edən maraqlı bir hadisədir… Anar müəllim, bir ömür bağışlamısınız, kin də saxlayan deyilsiniz, bəs, Əkrəm Əylisli ilə indi niyə barışmırsınız?

- Ona hər şeyi bağışlamışam, bağışlayaram da. Ancaq atam haqqında yazdığını heç cür bağışlaya bilmirəm. İndi deyir ki, mən elə demək istəməmişəm. Elə demək istəməmisənsə, götür yaz da, axı, bunlar tarixə keçir!

XII An

Rəsul Rzanın Anara ehtiyacı varmış

- Yeri gəlmişkən, sizin və Elçinin ata sevgisi doğrudan bir nümunədir. Ancaq başa düşmürəm, niyə Rəsul Rzanı bu qədər dəhşətli həssaslıqla qorumaq istəyirsiniz? Anarın qorumasına Rəsul Rzanın ehtiyacı varmı?

- Var. Böhtanlardan, yalanlardan mən qorumalıyam onu. Onun həyatı mənim gözümün qabağında olub… Həyatda nə qədər əziyyət çəkib… Ölümündən sonra da əl çəkmirlər atamdan. Mən bu yalanlara necə susa bilərəm?

- Bəs, 50 ildən sonra necə olacaq? Axı, onda siz böhtanlara reaksiya verə bilməyəcəksiniz?

- Nə qədər ki, sağam, bu yalanların üstünə getməliyəm. Yəqin ki, 50 ildən sonra böhtanlar olmayacaq, artıq o zaman əsərlər danışacaq.

XIII An

Anarın qorxulu röyası

- Anar – kifayət qədər qapalı adamdır, hər deyəndə açılmır, ona görə sizi yaxşı tanımırıq. Öz obrazınızı yazmış olsaydınız, necə xarakterizə edərdiniz özünüzü?

- Mən bütövlükdə yazılarımdayam. Düzdür, elə şeylər var ki, onları yazmamışam və yazmayacağam da – hər bir adamın öz sirri olur. Ancaq dünyagörüşüm, insanlara münasibətim, xarakterimdəki cizgilər əsasən yazılarıma, obrazlarıma köçüb.

- Hansı obrazınızda Anar daha çox görünür?

- Hamısında bir cizgim var.

- Hətta Zaurda da?

- Nəinki Zaurda, hətta Təhminədə də. Flober deyir ki, Madam Bavari mən özüməm. Bu sözdə çox böyük həqiqət var. Çünki yazıçı təkcə erkək obrazlarında yox, qadın obrazlarında da görünür. Mən deyəndə təəccüblənirlər, ancaq burda təəccüblü heç nə yoxdur: Kəbirlinski də mənəm, “Macal”dakı Fuad da – doğrudur, Fuad mənim antipodumdur, ancaq macalsızlıq cəhətdən özüməm… “Əlaqə” povesti mənim qorxularımdır. Uzun zaman yuxuda mənə elə gəlirdi ki, kimsə başımın üstündə durub sayır. “Bir, iki, üç…” - bax, bu cür səsi açıq-aydın eşidirdim; uzun zaman mənə elə gəlirdi ki, Hökumət Evinin qaranlıq sütunlarından aylı gecədə kimsə mənə zəng edir… “Əlaqə” yuxuda gördüklərimdir – təbii ki, bir az bədiiləşib. Bu yuxularımı “Əlaqə”də yazdım və qorxular canımdan çıxdı.

- Yuxularınızdan gələn başqa əsəriniz var?

- Var… İllər əvvəl bir yuxu məni narahat edirdi, görürdüm ki, hardasa otel otağındayam və dolabda köhnə paltarlar asılıb - qeyd də eləmişdim bu yuxunu. Düz 20 il sonra Türkiyə təəssüratlarımı yazanda o yuxu yadıma düşdü. “Otel otağı”ndakı həmin epizod yuxumdan gələndi, qalanı müşahidələrim…

XIV An

- Sizə “millətçi” demək olar?

- Millətimi sevənəm. Millətçi – başqa millətə nifrət edən kimi başa düşülür. Mən heç bir millətə nifrət eləmirəm.

- 60-70-ci illərdə xoşlarına gəlməyən ziyalıları “pantürkizmdə” ittiham edənlərin 90-cı ildə fanat türkçü, millətçiyə çevrildiklərini Türkiyədə müşahidə etdiniz?

- Təbii! Gözlərimin qarşısında olan proseslərdir.

- Xarakterinizdən “Otel otağı”ndakı professorda nəsə varsa, onda yeni dövrə uyğunlaşan “buqələmunların” ağrısını öz həyatınızda – Türkiyədə daşımısınız…

- Atamın üstünə olan hücumların biri də buna görəydi. Bizim Türkiyə ilə bağlarımız çoxdur: dayım Türkiyədədir, orda çoxlu qohumlarımız var, “Qobustan” jurnalında türk sözləri işlədirdim və s. Bunlara görə məni də türkçülükdə ittiham edirdilər, “türkçülük damğası” həmişə ailəmizin üstündə olub. Dövr dəyişəndən sonra həmin ittihamı səsləndirənlər oldu türkçü, biz qaldıq kənarda (gülür…)

XV An

Yaşamaq zamanı, yazmaq zamanı

- Anarın çox sevdiyi yazıçılar kimlərdir?

- Rus ədəbiyyatından Dostayevski, Tolstoy, Çexov… Gənclikdən Heminqueyi çox sevirdik – ümumiyyətlə, gənclik rəğbətimə xəyanət eləmirəm, indi də onu çox sevirəm.

- Markes deyirdi ki, Heminqueydən öyrənmək daha asandır, ona görə də yazıçılar onu çox sevirlər.

- Deməzdim Heminqueydən öyrənmək daha asandır. Bəzən, Folkneri, Skot Pikeri ona qarşı qoyurlar. Hər üçü böyük yazıçıdır, ancaq niyə onları üz-üzə qoymalıdırlar?

Avropa ədəbiyyatında isə müasirlərdən ən çox sevdiyim Marsell Prustdur. O, mənə hətta dünyagörüş cəhətdən yaxındır. Onun baxışları mənə ikinci həyat yaşamağa imkan verir. Hətta bir yazı yazmaq istəyirdim, “Yaşamaq zamanı, yazmaq zamanı” adlı. Yaşamaq zamanı bir ömürdü, yaşanılan ömür haqqında yazmaq zamanı ikinci ömürdü. Prustun əsas mənəvi dərsi budur…

XVI An

“Nə bağım var, nə barxanam…”

- Siz hansı “zamanda” daha xoşbəxtsiniz?

- Əlbəttə ki, yazmaq zamanında. Mənimçün ən böyük xoşbəxtlik və ən böyük əziyyət yazmaqdır. Bir dəfə yazmışdım ki, üç şey çətindir: soyuqda dənizə girmək, səhər yuxudan durmaq və yazıya başlamaq. Amma çətini başlayana qədərdir, sonra ayrılmaq istəmirsən.

- Yazı rejiminiz necədir?

- Əsasən, yay aylarında - Yazıçılar Birliyindən canım qurtaranda – işləyirəm. İş rejimim səhər 10-dan gecə 12-yə, 1-ə qədər... O yazıçılara qibtə edirəm ki, gündəlik iş prosesində bir saat vaxt tapan kimi yazır. Mən bunu bacarmıram. Əsər yazmaq üçün ən azı bir həftə hər şeydən təcrid olunmalıyam. Yay aylarında Zuğulbaya gedirəm…

- Bağ evinizə?

- Mənim bağım yoxdur.

- Necə yəni yoxdur?

- (gülür) Bağım da yoxdur, dəbdəbəli evim də. İlk dəfə böyük pulu da Heydər Əliyev mükafatı alanda görmüşəm, vəssalam. Yazıçının pulu hardan olmalıdır ki? Qonorardan. İndi də qonorar almırıq: prezidentin sərəncamı ilə kitablarımız çap olunur, filmlərimiz göstərilir… Nə olsun? Heç bir qonorar almırıq. Ancaq maaşa baxırıq.

- Mən də deyirdim, bir dəfə bağınıza gələrəm, çay içə-içə gününüzü oğurlayaram…

- Zuğulbada otağım var, ora gələrsiz yayda…

XVII An

Deməyin ki, bizdən əvvəl olmayıb!

(Kənardan bir az soyuqqanlıbir az da sərt görünən Anar müəllimin söhbət boyu bir neçə dəfə eynəyiniçıxarıb gözünü silməsi beynimdə ilişib qalmışdıSoruşmasam olmaz ki!)

- Tez-tez kövrəlirsiniz?

- Axır vaxtlar olur… Cavanlıqda da olurdu, amma son vaxtlar daha tez-tez kövrəlirəm. Ötən dəfə Vahid Mustafayevin “Xoca” filminə baxdım – yeri gəlmişkən, gözəl filmdir. Dəvət etmişdilər, mən də “Nizami” kinoteatrını təmirdən sonra görməmişdim, amma görmək istəyirdim… Getdim. Film mənə ciddi təsir elədi – xüsusilə, Xocalı ilə bağlı səhnələr çox kövrəltdi məni…

- Anar müəllim, poeziyanı gəncliyə, prozanı ahıl çağa bənzədirlər…

- Sualın aydındır: məndə tərsinə olub (gülür). Şairliyimi ciddi qəbul etmirəm, amma hərdən nəsə yazıram.

- Sizdən özünüzü ifadə edən bir şeir xahiş etsəm, hansını deyərsiniz?

- Bu yaxınlarda müalicəyə getmişdim, ürəyimi yoxlayırdılar - “exokardiya”. Birinci dəfə idi ki, ürəyin səsini eşidirdim. Heyrətləndim ki, ürəyin səsi eynilə qatar səsinə bənzəyir. Ona bir şeir yazmışdım…

(Anar müəllim təzə-təzə bir ayrı ovqata köklənirdidostumuz Ədalət Əsgəroğlu girdi içəri ki, “maneolmuramsamən  oturum”.

Buoturmaq deyildieyham idiyəni camaat gözləyiraxı!”)

- Neynək, Anar müəllim, Zuğulba görüşü qismət olsun. Bir məsləhətinizi də alıb, çıxaq. Gənclərə nə demək istəyərdiniz?

- Mən deyirəm ki, bizdən sonra da ədəbiyyat olacaq. Gənclər də deməsinlər ki, bizdən əvvəl ədəbiyyat olmayıb.

14 mart 2012.