| Xəbər 5169 dəfə oxunub
Velosipedi ilə maşınla toqquşduğu üçün... ana ola bilib

43 yaşındakı fransız qadın Keyt Mansbricin başına qəribə hadisə gəlib. O, 27 yaşında erkən menopoza girdiyi üçün ana ola bilməyəcəyi aşkarlanıb. “Daily Mail”in xəbərinə görə, qadın bir neçə il sonra Fransada velosiped sürərkən bir maşınla toqquşub və ayaqları əzilib, beynində travma yaranıb, bir daha gəzə bilməyib.

Həkimlər bundan sonra onun ancaq əl arabasında gəzə biləcəyini deyiblər. Amma hardasa möcüzəni xatırladan bir hadisə baş verib, qəza nəticəsində adrenalin artımı doğuş hormonlarını tətikləyib və Keytdə yenidən menustrasiya dönəmi başlanıb. Mütəxəssislər isə deyiblər ki, travma çox nadir görülən kimyəvi dəyişikliklərə səbəb olur. Amma möcüzəvi bir şey meydana gəlib. Qəzadan 3 il sonra qadın hamilə qalıb. Bununla da Keyt həyatının ikinci şokunu yaşayıb. Tibb bacısı olan Keyt deyib ki, bir tərəfdən həyatının ən pis hadisəsi baş versə də, digər tərəfdən möcüzə bir uşağa sahib olub. Keytin qızı hazırda 6 yaşındadır.

O, Rubi ilə xoşbəxt bir həyat yaşayır və qəzaya görə Allaha minnətdardır.