| Xəbər 4757 dəfə oxunub
Günorta yatmaq ölümə bərabər imiş

“Gündüz yatanlarda vaxtsız ölüm riski daha çoxdur”. Kembric Universitetinin tədqiqatçıları bu qənaətdədirlər. Onların apardıqları təcrübədə 16 min nəfər iştirak edib.

Bu insanlardan gündüzlər yatmaq vərdişlərinin olub-olmaması barədə soruşulub. Sonra 13 il müddətində onları müşahidə edən alimlərin gəldiyi nəticə elə də xoş olmayıb.

Məlum olub ki, 40-79 yaş arası, günortalar təxminən 1 saat yatan insanların ölüm riski 14% daha çoxdur. Gündüz yuxusunun müddəti artdıqca (1 saatdan çox) ölüm riski 32% artıb. Ölüm riski isə əsasən respirator xəstəliklərlə bağlı olub. Lakin günorta yatanların ölüm riskinin dəqiq hansı səbəbdən artması hələ bəlli deyil. Alimlər deyirlər ki, tədqiqat zamanı alimlər həyat sürəcinə təsir edən yaş, cins, çəki və s. amilləri nəzərə alıblar.