| Xəbər 4304 dəfə oxunub
Sumqayıtda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

Sumqayıtda avtomobil piyadanı vuraraq qaçıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 1970-ci il təvəllüdlü Mehman İkram oğlu Hüseynov yaşadığı ərazidə yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı Sumqayıt şəhər TTYX-a çatdırılıb.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Faktla bağlı araşdırma aparılır.