| Xəbər 5169 dəfə oxunub
Bakıda liftdə köməksiz qalan 2 nəfər xilas edilib

Paytaxtda liftdə köməksiz qalan 2 nəfər xilas edilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək edib.

Əməliyyat başa çatıb.