|
Dərinin elastikliyinə cavabdeh olan kollagen haqqında...

Yəqin ki, çoxlarınız kollagen adını dəfələrlə eşitməyinə baxmayaraq, onun konkret olaraq nə olduğunu dəqiq bilmirsiniz.

Nəzərinizə çatdırırıq ki, kollagen - insan orqanizminin fəaliyyəti üçün çox mühüm rol oynayır. Nədən ibarət olduğumuzu düşünün... Sümüklərin, qığırdaqların, əzələlərin, vətər və bağların tərkibinə kollagen daxildir.Məhz kollagen onların möhkəmliyi və fasiləsiz işinə cavabdeh sayılır. Başqa sözlə desək, kollagen - bütün orqanlar üçün birləşdirici toxuma rolunu oynayan, xüsusi yağışdırıcı zülaldır.

Kollagen həmçinin  dərimizdə də çox miqdarda olub, onun möhləmliyi və elastikliyə cavabdeh sayılır. Lakin yaşlandıqca kollagenin istehsal prosesi zəifləyir və ilk olaraq dərinin vəziyyəti ilə özünü göstərir. Kollagen çatışmazlığı dəri qocalmasıın əsas səbəbidir. Dəri möhkəmlik və elastikliyini itiri, üst qatı nazikləşir, quruluq əmələ gəlir və nəticədə ilk qırışlar yerini tutur.

Bir çox hallarda isə, biz özümüz, kollagen tellərinin dağıdılması ilə qocalma prosesini tezləşdiririk. Buna bir neçə səbəb aid etmək olar:

-  Üzün aktiv mimikas. Üz əzələlərinin  tez tez gərgin vəziyyətdə olması, kollagen tellərinin zədələnməsinə səbəb olur, bununla da mimik qırışlar peyda olur.

- Digər səbəblərdən isə ziyanlı vərdişlər ola bilir. Bunlardan : spirtli içkilər, siqaret, günəş şüalarının dəriyə təsiri və ətraf mühitin çirkli olması.

Müasir zamanda  kollagen çatışmazlığının da təkmilləşmə üsulları vardır. Lakin, bu üsullar nə qədər effektivdir?

Artqı uzun zamandır ki, bir çox kosmetik firmalar, tərkibində kollagen olan vasitlərin istehsalına başlayıblar. Dediklərinə görə gündəlik olaraq bu vasitələrdən istifadə kollagen defisitini təkmilləşdirmək imkanını  yaradır. Lakin bir neçə araşdırmalar nəticəsində bəlli olmuşdur ki, kollagen molekulunun ölçüsü kifayət qədər böyük olduğundan, o,qırışların əsasən formalaşdığı dərinin ən dərin təbəqəsinə kremlə çata bilmir. Bu səbəbdən bu kimi vasitələr böyük effektə malik olmur. Lakin bu vasitlər tam olaraq xeyirsiz deyil, belə ki, kollagen tərkibli kremlər dəridən nəmin buxarlanmasını zəiflədir, bununla da  dəriyə nəmləndirmə verir. Lakin bu proses də dərinin üst qatında baş verərək, kollagenini azalmasına heç bir təsir göstərə bilmir.

Həmçinin nəzərinizə çatdırırq ki, kosmetologiyada kollagenin bir neçə növü istifadə olunur. Bunlardan:

-heyvan mənşəli kollagen

- bitki mənşəli kollagen

- dəniz kollageni

Ümumilikdə isə elmi araşdırmalara inansaq, C vitamininin kollagen istehsalını stimullaşdırması iddia olunur. Buna görə qida rasionunuza C vitaminli məhsulları əlavə etməniz artıq olmaz.  Bunlara əsasən: sitrus meyvələri, kivi, istiot, itburnu, qara qarağat, quş üzümü, kartof, kələm, pomidor, yaşıl soğan və cəfəri(petruşka) aid edilir.