| Xəbər 5493 dəfə oxunub
Qrizmann "Barselona" ilə müqavilə bağlayıb?

Yayda “Barselona”ya keçidi gündəmdə olan “Atletiko”nun hücumçusu Antuan Qrizmannla bağlı ortaya yeni iddia atılıb.
Ulduz futbolçunun kataloniyalılarla şəxsi müqavilə imzaladığı yazılıb. Tərəflərin ötən ilin oktyabr ayında razılığa gəldiyi, bir neçə gün öncə isə münasibətləri rəsmiləşdirdiyi iddia olunur.
Qeyd edək ki, “Barselona”nın mövsümün sonunda “Atletiko”ya 100 milyon avro təzminat ödəməklə Qrizmannı heyətinə qatacağı gözlənilir.