| Xəbər 4898 dəfə oxunub
İnyesta "Çelsi"yə qarşı oynaya bilər

“Barselona”nın kapitanı Andres İnyesta zədəsini sağaldıb.
34 yaşlı futbolçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilsə də, o, artıq komanda ilə məşqlərə başlayıb. İnyestanın Çempionlar Liqasının 1/8 final mərhələsinin “Çelsi” ilə sabah keçiriləcək cavab matçında iştirak edə biləcəyi söylənilir. 
Qeyd edək ki, “Barselona” – “Çelsi” görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında Londonda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.