| Xəbər 4321 dəfə oxunub
Beynəlxalq festival çərçivəsində “Şüştər” və “Humayun” muğamları səsləndirilib

Martın 13-də Beynəlxalq Muğam Mərkəzində V Beynəlxalq Muğam Festivalı çərçivəsində sonuncu muğam axşamı proqramı reallaşıb.

Konsertdə istedadlı xanəndələr Nisbət Sədrayevanın ifasında “Şüştər”, Məmməd Nəcəfovun ifasında isə “Humayun” muğamları səslənib. Onları “Muğam” instrumental ansamblı müşayiət edib. Konserti mədəniyyət, incəsənət, elm və ictimaiyyət nümayəndələri dinləyiblər.

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalına martın 14-də yekun vurulacaq.