| Xəbər 8054 dəfə oxunub
Əri yenə aktrisanı tək qoymadı
43 yaşlı aktrisa Penelopa Krus 49 yaşlı aktyor əri Havyer Bardemlə birlikdə "Actors & Actresses Union Awards” mükafatlandırma gecəsinə yollanıblar. 
Aktrisanı bu tədbirdə də əri tək qoymayıb. Penelopa budəfəki görünüşü ilə də diqqət çəkməyi bacarıb. Sinə dekolteli boz parıltılı parçadan tikilmiş libas geyinən aktrisa oturarkən yarığı səbəbindən çətin anlar yaşayıb. Krus ayaqqabı və aksesuarlarını paltarına uyğun seçsə də, manikürində parlaq qırmızı rəngdən istifadə edib. Penelopanın əksinə olaraq isə Havyer qeyri-formal olaraq cins şalvar və pencək, ağ idman ayaqqabıları geyinib. 
Qeyd edək ki, son zamanlar bütün premyeralar və tədbirlərdə Havyer Penelopanı tək qoymur.