| Xəbər 8166 dəfə oxunub
Bella həmcinsi ilə eşq yaşayır

Məşhur model Bella Hadidin belçikalı həmkarı Stella Maksvellə öpüşdüyü iddia olunur.

21 yaşlı model Londonda keçirilən tədbirlərdən birinə 27 yaşlı Stella ilə birgə qatılıb.

“Victoria Secret”in mələkləri gecədə spirtli içki qəbul etdikdən sonra ehtiraslarını cilovlaya bilməyib və öpüşməyə başlayıblar.

Cütlüyə yaxın mənbə onların çoxdan görüşdüyünü və münasibətdə olduğunu bildirib. 
Məsələ ilə bağlı nə Hadid, nə də Maksvell danışmaq istəyib.

Qeyd edək ki, Stella aktrisa Kristen Stüartla eşq yaşayırdı.