|
Nilza Sena Azərbaycanda keçiriləcək prezident seçkilərində ATƏT PA-nın missiyasının xüsusi koordinatoru təyin olunub

Nilza Sena ATƏT PA-nın Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar qısamüddətli misiyasının xüsusi koordinatoru təyin olunub.

Trend-in məlumatına görə, bu barədə ATƏT saytında yerləşdirilən məlumatda bildirilir.

Qeyd edək ki, portuqaliyalı parlament üzvü Sena ATƏT PA-nın İqtisadi məsələlər, Elm, Texnologiya və Ətraf mühit üzrə Komitəsinin sədridir.