| Xəbər 4598 dəfə oxunub
Tramp İrana qarşı sanksiyaların müddətini uzatdı

ABŞ prezidenti Donald Tramp İrana qarşı ballistik raketlərin hazırlanması ilə bağlı tətbiq olunan sanksiyaların müddətini bir il uzatdı.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

 

Qeyd olunur ki, müddətin uzadılması Tehrandan İranın nüvə proqramı haqqında sazişin reallaşdırılmasından sonra götürülən sanksiyalara aid deyil.