| Xəbər 4249 dəfə oxunub
Türkiyədə "Fırtına-2" haubitsalarının sınağı uğurla nəticələnib

Türkiyədə "Fırtına-2" haubitsalarının sınağı uğurla nəticələnib.

Trend-in məlumatına görə, sınaq işləri Türkiyənin şimal-qərbində, Sakarya vilayətində aparılıb.

"Fırtına-2" Türkiyə müdafiə sənayesinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu haubitsa hədəfi 40 km məsafəyədək məhv edə bilir.