| Xəbər 6492 dəfə oxunub
12 saatdan artıq taxmayın, büstqalterdə yatmayın!

Süd vəzi xərçəngi qadınlar arasında ən yayılmış xərçəng növüdür. Xərçəngin səbəbi dəqiq məlum olmasa da, bəzi risk faktorları aşkar olunub.

ABŞ alimləri süd vəzi xərçəngindən əziyyət çəkən 5000 qadın haqqında məlumat yığdıqdan sonra, aşkar ediblər ki, onların əksəriyyəti büstqalteri 12 saatdan çox taxırdı, bir çoxları hətta büstqalterdə yatırdı.

Təbii ki, büstqalter xərçəngin inkişafına bilavasitə səbəb ola bilməz. Lakin dar, sıx, düzgün seçilməmiş büstqalter süd vəzinin toxumasını sıxır, mikrotravmalara səbəb olur. Süd vəzi çox zərif və həssas orqandır və istənilən, hətta kiçik travma vəzidə onkoloji prosesin inkişafına təkan verə bilər. Digər tərəfdən sıx büstqalter süd vəzilərdə limfa dövranını pozur ki, bu da süd vəzinin sağlamlığına ciddi ziyan vurur, patoloji proseslərin inkişafına şərait yaradır.

Bütün bunları nəzərə alaraq həkimlər qadınlara büstqalteri 12 saatdan artıq taxmağı və xüsusilə də büstqalterdə yatmağı tövsiyə etmirlər. Büstqalter sıx və dar olmamalıdır. Puş-ap və çiyinbağları (bretel) olmayan büstqalterlərdən imtina etmək lazımdır ki, onlar xüsusilə ziyanlıdır.