| Xəbər 3988 dəfə oxunub
Azarkeşlərə tüpürdüyü üçün qovuldu

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager “Sky Sports” telekanalından qovulub.
Hadisəyə veteran futbolçunun etdiyi kobud hərəkət səbəb olub. Premyer Liqanın son turunda “Liverpul”un səfərdə “Mançester Yunayted”ə uduzmasını həzm edə bilməyən Karrager heyfini “qırmızı şeytanlar”ın fanatından çıxıb. O, öz avtomobillərində qələbəni bayram edən azarkeşlərə tüpürüb. Olayın üstü isə videokadrlara baxarkən açılıb. Nəticədə kanal rəhbərliyi orada şərhçi kimi çalışan Karrageri işdən azad edib.
Qeyd edək ki, “Mançester Yunayted” – “Liverpul” matçı qonaqların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.